Putin Ukraynada problem istəmir

Putin Ukraynada problem istəmir
  17 Oktyabr 2014    Oxunub:2015
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Herman van Rompey bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Donbass regionunun ikinci Dnestryanı probleminə çevrilməsini istəmir.
Bu barədə AzVsiion.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Biz “Normandiya plus” adlandırılan formatda görüşlər keçirdik. Müxtəlif aspektlər üzrə müxtəlif fikir ayrılıqları var. Lakin Rusiya prezidenti aydın şəkildə göstərdi ki, ikinci Dnestryanı problemin yaranmasını istəmir və Donbass regionu – Ukraynanın bir hissəsidir”, - deyə Rompey mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynada atəşkəsin əldə olunması üçün xeyli səylər göstərilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti