Nalbandyan bizdən həmsədrlərə şikayət etdi

Nalbandyan bizdən həmsədrlərə şikayət etdi
  17 Oktyabr 2014    Oxunub:1758
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andrie (Fransa), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspirşiklə görüşüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və Azərbaycan, Ermənistan prezidentlərinin oktyabrın sonunda Fransanın paytaxtı Parisdə keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə edilib.

Ermənistan xarici işlər naziri Nalbandyan danışıqlar zamanı həmsədrlərə Azərbaycandan şikayət edib. Onun sözlərinə görə, həmsədrlərin regiona zamanı rəsmi Bakı guya cəbhə xəttində qəsdən gərginlik yaradır.

Qeyd edək ki, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bu dəfə regiona səfər etməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti