Lavrov: “Ukraynaya hücum etməyəcəyik”

Lavrov: “Ukraynaya hücum etməyəcəyik”
  17 Oktyabr 2014    Oxunub:1408
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çexiya prezidenti Miloş Zameni əmin edib ki, Rusiya Ukraynanın şərqinə hücum etməyəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“45 dəqiqəlik söhbətin böyük hissəsi Ukraynadakı hadisələrə həsr olunduğundan prezident orada baş verənlərin Çexiya Respublikası üçün təhlükə yaratması ilə maraqlanıb. Məsələn belə bir təhlükə Rusiyanın Ukraynanın şərqinə hücumu zamanı yarana bilər. Lakin Lavrov prezidenti əmin edib ki, Rusiya tərəfi belə bir şey planlaşdırmır”, - deyə Çexiya prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti