Türkiyə BMT Şurasına seçilə bilmədi

Türkiyə BMT Şurasına seçilə bilmədi
  17 Oktyabr 2014    Oxunub:1869
Anqola, Venesuela, Malayziya və Yeni Zelandiya 2015-2016-cı illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiliblər.
Baş Assambleyada gizli səsvermə yolu ilə keçirilən seçkilərdə dörd ölkə BMT-yə üzv dövlətlərin zaldakı nümayəndələrinin üçdə iki hissəsinin səsini toplaya bilib.

Anqola 190, Venesuela 181, Malayziya 187, Yeni Zelandiya 145 səs yığıb.

Daha bir yerin taleyi hələ həll olunmamış qalır. Həmin yerə iki ölkə - Türkiyə və İspaniya iddia edir. Səsvermənin birinci raundunda onlar 129 səs baryerini aşa bilməyiblər. Bununla əlaqədar seçkilərin ikinci turu elan olunub.

Səsvermə namizədlərdən biri səslərin üçdə iki hissəsini yığanadək davam etdiriləcək. Müəyyən mərhələdə mübarizəyə yeni namizədin qoşulması da istisna olunmur.(Azərtac)


Teqlər:





Xəbər lenti