Putin onları nüvə silahı ilə hədələdi

Putin onları nüvə silahı ilə hədələdi
  17 Oktyabr 2014    Oxunub:1846
Rusiya prezidenti Vladimi Putin Qərbin ölkəsini təkləmək cəhdlərini absurd və xəyalpərəstlik adlandırıb.
Rusiya prezidenti bu barədə Serbiyanın “Politika” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanskiyalar Avropa iqtisadiyyatına ağır zərbə vurur.

Rusiyanın nüvə silhalarına işarə edən Putin bildirib: “Biz ümid edirik ki, Rusiyanı şantaj etmək cəhdlərinin boş olduğunu bizim tərəfdaşlarımız anlayacaq və yadda saxlayacaqlar ki, nüvə silahları olan ölkələr arasında uyğunsuzluğun strateji sabitlik üçün hansı nəticələri ola bilər”.

Putin Serbiyada 30 ildən sonra ilk hərbi paradda iştirak edəcək. Bu parad Serbiyanın nasistlərdən azad olunmağının 70 illiyinə həsr olunur.

ABŞ-ın Serbiyadakı səfiri Mixaill Kirbin parada gəlməyəcəyini bildirib.(Anspress)


Teqlər:





Xəbər lenti