Ərdoğan Öcalanın yerini dəyişdirir
AzVision.az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Kanal7” telekanalı məlumat yayıb. Öcalan Mərmərə dənizindəki İmralı adasından ölkənin şimal-qərbində yerləşən Bursa vilayətindəki həbsxanaya köçürüləcək.
Öcalanın köçürülməsi Türkiyədə kürd probleminin demokratik həlli üzrə tədbirlər çərçivəsində həyata keçirilir. Bir müddət əvvəl ölkənin kürdyönümlü partiyaları PKK liderinin başqa məhbəsə köçürülməsini tələb ediblər. Kanal bu mövzu ilə bağlı başqa detalları açıqlamayıb.
Xatırladaq ki, PKK lideri Abdulla Öcalan 1999-cu il fevralın 15-də Keniyada həbs edilərək Mərmərə dənizindəki İmralı adasındakı həbsxanaya yerləşdirilib. Öcalan əvvəlcə ölüm cəzasına məhkum edilmişdi. Daha sonra bu cəza ömürlük həbs cəzası ilə əvəz edildi.
Teqlər: