Dünya ölkələri Rusiya qarşı birləşir

Dünya ölkələri Rusiya qarşı birləşir
  16 Oktyabr 2014    Oxunub:2209
Avropa İttifaqı üzvlüyünə namizəd ölkələr – Ukrayna, Çernoqoriya, İslandiya, Albaniya və digər ölkələr Rusiyaya qarşı son sanksiyalar paketinə qoşulub.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, son sanksiyalara əsasən Rusiya neft şirkətlərinin Avropa kapital bazarına çıxışı məhdudlaşdırılıb. Analoji sanksiyalar Rusiya dövlət banklarına şamil edilmişdi. Məlumata əsasən, sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək. Sanksiyalar “Rosneft”, “Qazpromneft” və “Transneft” şirkətlərinə şamil edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti