İŞİD-ə ağır zərbə: yüzlərlə ölü var

İŞİD-ə ağır zərbə: yüzlərlə ölü var
  16 Oktyabr 2014    Oxunub:2247
ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin Suriyanın Kobani şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı yüzlərlə terrorçu məhv edilib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.

Onun sözlərinə görə, son iki gün ərzində koalisiya qüvvələri Kobanidə İŞİD-ə 40 aviazərbə endirib. Kirbi vurğulayıb ki, terrorçuların mövqelərinin bombalanması İŞİD-in gücünü və imkanlarını zəiflədib, lakin şəhərdə vəziyyətə hələ də “qeyri-sabit” olaraq qalır.

Pentaqon rəsmisinin sözlərinə görə, regionda hava sabitləşən kimi koalisiya qüvvələri yenidən İŞİD-ə aviazərbələr endirəcək

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti