Dərbənddə azərbaycanlı qəhrəmanın büstü dağıdıldı
“Boyevoy slavı” parkı əvvəllər Ş.Əliyevin adını daşıyıb. Park Dərbənddə şəhər meydanının altında yerləşir. Büst parkdan götürüləndən sonra zibillliyə atılıb. Azərbaycanlılar Şəmsulla Əliyevin büstünü zibillikdən götürüblər. Ş.Əliyevin büstü azərbaycanlılara məxsus kafelərdən birində saxlanılır.
Kapitan Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olub. Ş.Əliyev 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak edib.
1943-cü ilin noyabrın 19-da kapitan Ş.Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilib.