İran və Rusiya gəmiləri Xəzərdə

İran və Rusiya gəmiləri Xəzərdə
  16 Oktyabr 2014    Oxunub:1516
İran və Rusiya Xəzər dənizində birgə təlimlər keçirib.
Təlimlər qaçaqmalçılıqla birgə mübarizə, dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilib.

Təlimlərə Rusiyanın 2 freqatı və İran Dəniz Qüvvələrinin gəmiləri cəlb olunub.

İran Dəniz Qüvvələrinin komandiri Habibullah Səyyari bildirib ki, təimlərin keçirilməsi üçün bir müddətdir ki, rusiyalı həmkarları ilə müzakirələr aparılıb:

"Xəzər dostluq dənizidir. Bura xarici qüvvələr daxil olmamalıdır. Xəzəryanı ölkələrlə birgə çalışaraq, dənizin bizə verdiyi nemətlərdən bütün ölkələr yararlanmalıdır".

Qeyd edək ki, İran hərbi gəmiləri ötən ay Bender Abbas limanında 2 Çin hərbi gəmisilə də birgə təlimlər keçirmişdi.(anspress)


Teqlər:





Xəbər lenti