Gürcüstan Rusiyaya görə narahatdır
Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat verərək Kremli belə bir müqavilə imzalamamağa çağırıb. Abxaziyanın bəzi media orqanları Rusiya ilə Abxaziyanın birgə silahlı qüvvələr yaratmaq barədə planı və inteqrasiya sazişinin layihəsini dərc edib.
Oktyabrın 14-də Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Japaridze bildirib ki, bu saziş Abxaziyanın Rusiyaya ilhaqı olacaq.
Baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze oktyabarın 15-də Praqaya Rusiyanın xarici işlər nazirinin müavini Karasinlə danışıqlara yola düşüb. Abaşidze bildirib ki, Praqa danışıqlarında bu problem müzakirə olunacaq.(anspress)
Teqlər: