Moskva iylənib

Moskva iylənib
  12 Oktyabr 2014    Oxunub:1621
Moskva və Moskva vilayətinin şərqində bazar günü kəskin yanıq iyi aydın hiss olunur. Nəfəs almaq çətindir, Novokosino rayonunda, həmçinin Moskva ətrafı Reutovo və Balaşixa rayonlarında görüntü sıfıra yaxındır. Trend İnterfaks agentliyinə istinadən bu barədə xəbər verir.

Əvvəllər Mosekomonitorinqin mətbuat xidmətinə istinadən bildirilib ki, yaxın vaxtlarda Moskvanın havasında çirkləndirici maddələrin konsentrasiyasının azalması gözlənilir, amma yanıq iyisi qalacaq.

Yanıq iyi cümə günü paytaxt regionunda hiss olunmağa başlayıb. Vaxtaşırı o, şənbə günü əmələ gəlib və bazar günü də bəzi yerlərdə saxlanılır (Trend).


Teqlər:





Xəbər lenti