Almaniyada "Bakı-2015" Avropa Oyunlarının təqdimatı keçiriləcək

Almaniyada "Bakı-2015" Avropa Oyunlarının təqdimatı keçiriləcək
  11 Oktyabr 2014    Oxunub:2195
Oktyabrın 13-də Berlində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək.

Fonddan AzVision.az verilən məlumata görə, təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin indiyə qədər gördüyü hazırlıq işləri, Azərbaycanın idman sahəsindəki uğurları haqqında məlumat veriləcək, hazırlıq prosesini əks etdirən film nümayiş olunacaq. Tədbirdə əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblının çıxışı da olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən bu günədək Kann, Afina şəhərlərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu təqdimatların daha bir neçə ölkədə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, birinci Avropa oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. 17 gün ərzində 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaq.


Teqlər:  





Xəbər lenti