“The Guardian” – “Sarkisyan istefa verməlidir” (FOTOLAR)

“The Guardian” – “Sarkisyan istefa verməlidir” (FOTOLAR)
  11 Oktyabr 2014    Oxunub:6692
Ermənistanda Sarkisyan hakimiyyətinə qarşı kütləvi etirazlar davam edir. Ötən gün on minlərlə insan paytaxt küçələrinə çıxararaq ölkədəki acınacaqlı duruma etiraz edib, prezident Sarkisyanı istefaya səsləyiblər.

İngilətərənin məşhur “The Guardian” nəşri də Ermənistandakı kütləvi etirazlardan yazıb.

Qəzet xəbər verir ki, Ermənistanda mitinq iştirakçıları “Serj get!” şüarlarını səsləndirərək Serj Sarkisyanın istefası tələbi ilə çıxış ediblər.



Bildirilir ki, etiraz aksiyalarının keçirilmə günü Ermənistanın Avrasiya İqtisaqi İttifaqına qoşulması ilə eyni tarixə təsadüf edib. Belə ki, 10 oktyabr tarixində Ermənistan prezidenti Serj Sarkisyan Minksdə ölkənin Aİİ-yə qoşulması barədə razılaşmaya imza atıb.

“The Guardian” yazır ki, mitinq təşkilatçıları başlıca olaraq Ermənistanda hakimiyyət dəyişikliyinin vacibliyini bəyan ediblər.

Ermənistanın keçmiş prezidenti və müxalif “Ermənistanın milli konqressi” partiyasının rəhbəri Levon Ter-Petrosyan öz çıxışı zamanı vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini tələb edib: “Cinayətkar və rüşvətxor hakimiyyətdən azad olmağın vaxtı artıq çatıb”, - deyə eks-prezident qeyd edib.

Mitinqdə hökumətdə dəyişikliklərin edilməsi tələb olunub və etirazçılar hər tərəfdən mühasirədə olan ölkədəki hal-hazırki icraçılar yoxsulluğun və korrupsiyanın qarşısını ala bilməməkdə təqsirləndirib. Keçmiş Sovet ölkəsi olan Ermənistanın mövcud mübahisələrə görə Türkiyə və Azərbaycanla iqtisadi cəhətdən təcrid olunduğu da qeyd olunub.

Sarkisyana istefa şüarları səslənən mitinqdə 12 tələb irəli sürülüb.

Qeyd edək ki, son vaxtlar mütəmadi olaraq Ermənistanda insanlar etiraza qalxaraq hazırki hakimiyyətdən narazılıqlarını ifadə edirlər.







AzVision.az


Teqlər:  





Xəbər lenti