İŞİD-çilərin Tvitter hesabı bağlandı

İŞİD-çilərin Tvitter hesabı bağlandı
  10 Oktyabr 2014    Oxunub:1730
İŞİD terror təşkilatı Tvitter sosial şəbəkəsinin icraçı direktorunu ölümlə təhdid edib.
AzVision.az xəbər verir ki, bunun səbəbi İŞİD-ə məxsus hesabların bağlanmasıdır. Tvitterin icraçı direktoru Dik Kostolo və sosial şəbəkənin işçilərinin yaydığı məlumata görə, İŞİD-çilərdən təhdid məzmunlu elektron məktublar alıblar.

D.Kostolo deyib ki, İŞİD-çilər xəbərləşmək üçün Tvitterdən istifadə edirlər: “Terror məzmunlu tvitlər paylaşan və hesabları bağlanan İŞİD-çilər mənə və işçilərimə təhdid emsajları göndərir. Yazırlar ki, şirkətə hücum edib hamımızı öldürəcəklər”.

Qeyd edək ki, İŞİD-çilər öldürdükləri jurnalsitlərin də videolarını Tvitter vasitəsilə paylaşmışdılar.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti