Rusiya Qafqaz üçün təhlükədir – Müdafiə naziri

Rusiya Qafqaz üçün təhlükədir – Müdafiə naziri
  10 Oktyabr 2014    Oxunub:3297
Rusiya Qafqaz regionu üçün təhlükədir.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Rusiya XİN-in bəyanatını şərh edərkən bildirib.

Alasaniyanın sözlərinə görə, NATO infrastrukturu Gürcüstanda yaradılacaq və bu razılaşma Şimali Atlantik Alyansın sammitində əldə olunub.

“Gürcüstan-NATO paketi Gürcüstanda NATO infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bununla da biz alyansa birgə təlimlər keçirərək Rusiyadan qaynaqlanan təcavüzün qarşını almış olacayıq. Güclü Gürcüstan isə regionda sabitliyin zəmanətlərindən biri olacaq”, deyə - İrakli Alasaniya “İnterpressNews” nəşrinə müsahibəsində bildirib.

Təhlükələrə gəldikdə isə Alasaniya vurğulayıb ki, “region üçün ən böyük təhlükə Gürcüstanda olan Rusiya təcavüz qüvvələridir və rəsmi Moskvanın Ukraynaya hazırda davam edən təcavüzüdür. Biz ümid edirik ki, beynəlxalq birliyin təzyiqləri nəticəsində Rusiya götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti