Türkiyədə Kobani `qırğını` - 35 nəfər öldü
Diyarbakırda 10, Mardində 6, Siirtdə 5, Adanada 1, Van, Batman və Muş vilayətlərinin hər birində 1 nəfər olmaqla ötən gecə baş verən aksiyalarda 25 nəfər ölüb. Bingöl vilayətindki qarşıdurmalarda isə ikisi polis olmaqla 100 nəfər həlak olub.
Qeyd edək ki, İŞİD terror təşkilatının Suriyanın Kobani şəhərinə hücumu Türkiyədə kürdlərin etirazına səbəb olub.
Onlar İŞİD-lə mübarizə aparan kürd özünümüdafiə qüvvələrinə kömək göndərilməsini tələb edir, Türkiyə hökumətini Kobanidəki vəziyyətə laqeyd yanaşmaqda ittiham edirlər.
Fatimə Kərimli