Belarus rəsmən “Yeni SSRİ”-yə qoşuldu

Belarus rəsmən “Yeni SSRİ”-yə qoşuldu
  10 Oktyabr 2014    Oxunub:2402
Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında sazişi imzalayıb.
Bu barədə AzVision.az Belarus KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti