İŞİD Rusiyaya hücum edəcək

İŞİD Rusiyaya hücum edəcək
  10 Oktyabr 2014    Oxunub:2793
İŞİD terrorçu qruplaşmasının liderlərindən biri Ömər əl-Şişani (ləqəbi "Ömər-çeçen") növbəti hədəflərinin Rusiya olacağını bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu haqda əl-Şişani atası Temur Batiraşvili ilə telefon danışığında deyib.

"Ata, narahat olma, mən evə gələcəyəm və ruslara göstərəcəyəm. Mənimlə artıq minlərlə insan gələcək və onlar daha çox olacaq", - İŞİD lideri deyir.

Ekspertlərin məlumatına görə, İŞİD qruplaşmasının sıralarında minlərlə rusdilli terrorçu cəmləşib. Onlardan əksəriyyəti Ömər əl-Şişani kimi Gürcüstanın şimalında yerləşən Pankisi dərəsindən olan çeçenlərdir.


Teqlər:





Xəbər lenti