Eynicinslilər evlənə biləcək -yeni qanun

Eynicinslilər evlənə biləcək -yeni qanun
  10 Oktyabr 2014    Oxunub:2918
Estoniya parlamenti nikahda olmayan cütlüklərin – istər müxtəlif cinslərdən, istərsə də eyni cinsdən olan cütlüklərin öz münasibətlərini rəsmiləşdirməsinə imkan verən birgə yaşayış haqqında qanunu bəyənib.
AzVision.az-ın AzərTac-a istinadən məlumatına görə, qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənəd bir neçə ilə hazırlanıb. Parlamentdə bildiriblər ki, onun məqsədlərindən biri nikahsız ailələrdə tərbiyə olunan uşaqların hüquqlarının müdafiəsidir. Qanun birgə yaşayış, qeydiyyata alınmış cütlüklərin hüquq və vəzifələri, birgə yaşayışa son qoyulması üçün əsaslar haqqında müqavilə bağlanması qaydasını tənzimləyəcək. Müqavilə notariusla təsdiqlənəcək və registrə daxil ediləcək.

Sənəd cütlüklərin əmlak və miras məsələlərini həll etməsinə imkan verəcək.


Teqlər:





Xəbər lenti