Dünya Ebolaya uduzur: 2793 ölü

Dünya Ebolaya uduzur: 2793 ölü
  22 Sentyabr 2014    Oxunub:1217
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 2793-ə çatıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sədri Marqaret Çan bildirib.

Ümumilikdə, Afrikada bu virusa yoluxanların sayı 5762-ə çatıb.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.
Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti