Əfqanıstanın yeni prezidenti bəlli oldu

Əfqanıstanın yeni prezidenti bəlli oldu
  22 Sentyabr 2014    Oxunub:2124
Əfqanıstanın müstəqil seçki komissiyası sentyabrın 21-də Əşrəf Qəni Əhmədzayı prezident seçkilərinin qalibi elan edib.
Yerli xəbər agentliklərinin yaydığı qeyri-rəsmi məlumata görə, Əşrəf Əhmədzay seçicilərin 55,27 faizinin, Abdulla Abdulla isə 44,73 faizinin səsini toplayıb.

Bu gün namizədlər hakimiyyətin bölünməsinə dair müqavilə imzalayıblar. Belə ki, Əşrəf Qəni Əhmədzay dövlət başçısı postunu tutub. Onun rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla hələlik ölkədə mövcud olmayan Baş nazir vəzifəsi alıb. Bu planın reallaşması üçün prezident yeni vəzifəsində işə ölkə konstitusiyasında nazirlər kabinetinin başçısı postunun tətbiqini nəzərdə tutan dəyişikliklə başlamağa məcbur olacaq.

Verilən məlumatlara görə, prezidentin andiçmə mərasimi sentyabrın 29-da keçirilə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti