Saakaşvili Yanukoviçin evinin şəkillərini paylaşdı - FOTOLAR

Saakaşvili Yanukoviçin evinin şəkillərini paylaşdı - FOTOLAR
  21 Sentyabr 2014    Oxunub:2461
Gürcüstan hökuməti tərəfindən haqqında cinayət işi açılan keçmiş prezidenti Mixail Saakaşvili ailə əmlakına həbs qoyulmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Saakaşvili Facebook səhifəsində “Mən ev tikdim – Gürcüstanı, onlar buna həbs qoydular”-deyə qeyd edib.

Saakaşvili həmçinin Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviçin evinin şəkillərini paylaşaraq yazıb ki, “kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukoviçin evinə baxsın”.

Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsi Saakashvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti