Türk üzümü Medvedevi əsəbiləşdirdi - FOTO

Türk üzümü Medvedevi əsəbiləşdirdi - FOTO
  02 Sentyabr 2014    Oxunub:2383
Rusiyanın baş naziri Dmitri Medvedev Krasnayarsk şəhərində bazara baş çəkib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazarda meyvə və tərəvəzlərin qiymətini və keyfiyyətini öyrənən baş nazir Türkiyədən gətirilən üzümü görəndə əsəbləşib.

O, səlahiyyətləri şəxslərə müraciət edərək meyvənin Türkiyədən gətirilməsi səbəbini soruşub. Baş nazir bildirib ki, meyvənin Türkiyədən gətirilməsi pis deyil, amma Rusiyanın öz malı olsa daha yaxşı olar.

Qeyd edək ki, baş nazirin sözçüsü Natalya Timakova bildirib ki, Medvedev bazarları araşdırmaq üçün ölkədəki bütün market və bazarlara tez-tez ziyarətlər edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti