Kemerondan İŞİD-ə qarşı sərt addım

Kemerondan İŞİD-ə qarşı sərt addım
  02 Sentyabr 2014    Oxunub:2126
İngiltərənin baş naziri Devid Kemeron İraq və Şam İslam Dövlətinin tərkibinə (İŞİD) qoşulmaq üçün ölkəni tərk edən vətəndaşların pasportlarını müsadirə emək üçün polislərə səlahiyyət veriləcəyini bildirib.
AzVision.az xəbər verir ki, Kemeron İŞİD-in Avropaya böyük təhdid yaratdığını bildirib. Onun sözlərinə görə, Britaniyadan 500 nəfər İraq və Suriyaya döyüşlərə gedib.

Kemeron İŞİD-in islamla heç bir əlaqəsinin olmadığını bildirib. O, həmçinin şübhəli şəkildə ölkəni tərk edən şəxslərin pasportunun polis tərəfindən müsadirə olunması üçün qanun layihəsi hazırlayacaqlarını diqqətə çatdırıb.

İngilis baş nazir bu məqsədlə hava yolları şirkətlərinə də mesaj ünvanlayıb. Bu şirkətlər qaydalara əməl etməzsə həmin təyyarələrin İngiltərədə enməsinə icazə verilməyəcək.

Emin


Teqlər:  





Xəbər lenti