Leyla Əliyevadan humanist addım
Moskvada fəaliyyət göstərən Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni mənşəli məktəbin binası Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə əsaslı təmir olunub.
Məktəb təmirdən sonra qapılarını yenidən şagirdlərin üzünə açıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla Əliyevanın təşəbbüsü ilə məktəbdə abadlıq işləri aparıb. Məktəbin idman və rəqs zalı tamamilə yenidən qurularaq şagirdlərin ixtiyarına verilib.
Kərim Kərimov adına 157 nömrəli məktəbdə azərbaycanlı şagirdlərlə yanaşı digər millətlərin nümayəndələri də təhsil alırlar.
Məktəb daimi olaraq Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunur. Burada ümumi tədris proqramından əlavə şagirdlərə azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilir.
Bilik günü münasibətilə keçirilən tədbirdə məktəbin direktoru Elmira Sultanova şagirdləri, valideynləri təbrik edib.
Sonra ilk zəng vurulub və şagirdlər parta arxasında əyləşiblər.
AzVision.az