Türkiyə ilə ABŞ arasında dinləmə skandalı

Türkiyə ilə ABŞ arasında dinləmə skandalı
  02 Sentyabr 2014    Oxunub:2759
Rəsmi Ankara ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının Türkiyəni dinləməsi ilə bağlı Almaniya mətbuatında yer alan məlumatlara reaksiya verib.

AzVision.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu barədə rəsmi açıqlama yayıb.

XİN ABŞ və İngiltərəni bu olaya aydınlıq gətirməyə çağırıb.

“İddialar doğru olduğu təqdirdə bu cür fəaliyyət heç bir halda qəbul edilə bilməz. ABŞ-ın bu məsələyə rəsmi aydınlıq gətirməsi lazımdır”.

Dinləmə skandalı ilə bağlı ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırılaraq xəbərdarlıq edilib.

İngiltərə xüsusi xidmət orqanları Türkiyəni dinləmək iddialarında cavab verməkdən imtina edib.

Qeyd edək kiŞ Almaniya mətbuatı Türkiyə ilə bağlı bağlı skandal yaradacaq iddia irəli sürüb.

AzVision.az xəbər verir ki, məşhur “Der Spigel” jurnalı Almaniya ilə yanaşı ABŞ və İngiltərənin də Türkiyəni dinləməsi haqda məlumat yayıb.

Jurnalın iddiasına görə, Türkiyənin Vaşinqtondakı səfirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dinlənilirmiş.

Jurnal İngiltərənin də Türkiyəni dinlədiyini, ölkədə enerji potensialına dair məlumatların qeyri-qanuni yolla əldə etdiyini bildirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti