Ruhanidən dindarlara: “İnternetə mane olmayın”

Ruhanidən dindarlara: “İnternetə mane olmayın”
  01 Sentyabr 2014    Oxunub:2604
İran prezidenti Həsən Ruhani radikal islamçıları internetə mane olmamağa çağırıb.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

“İran dünyaya pəncərə olan interneti bağlaya bilməyəcək. Ona görə də internetə mane olmaq lazım deyil” – deyə, Ruhani bildirib.

Məlumata əsasən, bu barədə Ruhani Tehranda nüfuzlu imamlarla görüşü zamanı bildirib. Ruhani vurğulayıb ki, internet güclü təhsil vasitəsidir və o bu planda ölkəyə ximdət göstərə bilər. Ruhaninin bu çıxışı dövlət televiziyası ilə canlı yayımlanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti