9 milyon insan yoxa çıxıb
AzVision.az xəbər verir ki, son 30 ildə Myanmada aparılan ilk siyahıyalınmada əhalinin 51 milyon olduğu məlum olub. 30 il bundan öncə aparılan siyahıyalınmada əhalinin 60 milyon olduğunu bildirilirdi.
BMT bəzi bölgələrdə siyahıyalınmanı düzgün aparılmadığını bildirsə də Myanma rəsmiləri bu ittihamlardan imtina edir.
Ölkənin bəzi yerlərində etnik problemlərə görə 1983-cü ildən bu yana əhali siyahıya alınmayıb. Ölkədə hökm sürən hərbi rejimin demokratiya yolunda irəliləməsindən sonra 2011-ci ildə əhalinin qeydə alınması qərarlaşdırılıb.
Ancaq 9 milyon insanın necə yoxa çıxdığı hələ də müammalı olaraq alır.
Emin