`Azərbaycanın naziri kimi çalışacağam` - Çavuşoğlu

`Azərbaycanın naziri kimi çalışacağam` - Çavuşoğlu
  01 Sentyabr 2014    Oxunub:3042
“Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”.
AzVision.az xəbər verir ki, bunu APA-ya Türkiyənin yeni xarici işlər nazir Mövlud Çavuşoğlu deyib. “Siz Azərbaycanı, Azərbaycan da Sizi yaxşı tanıyır. Nazir kimi Azərbaycana hansı mesajı vermək istərdiniz” - sualına M. Çavuşoğlu belə cavab verib: “Azərbaycan əmin olsun ki, mən həm də onun xarici işlər naziri kimi çalışacağam.

Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik”.

“Qarşıdan 2015-ci il gəlir. Ermənilər Türkiyəyə qarşı “soyqırım” təzyiqini gücləndirəcəklər. Bununla bağlı hansı işləri görəcəksiniz” - sualını isə yeni nazir Azərbaycan ləhcəsiylə “qondarma erməni soyqırımına qarşı qardaş Azərbaycanla birgə mübarizə aparacağıq” - sözləri ilə cavablandırıb.


Teqlər:  





Xəbər lenti