Səfir Qəbələni gəzdi

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa Qəbələnin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, füsunkar təbiətin qoynunda yerləşən bu gözəl məkan irimiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Qəbələdə keçirilən mühüm əhəmiyyətli tədbirlər burada inkişaf tempinin artmasında müstəsna rol oynayır. Rayonda yaradılan istehsal müəssisələri və açılan yeni iş yerləri əhalinin məşğulluğunun subyekti və Qəbələnin inkişaf dinamikasının tərkib hissəsi kimi diqqətə çatdırılıb.
Səfirə məlumat verilib ki, bu gün Qəbələdə turizm infrastrukturu mühüm sahələrdən biri hesab olunur. Turizm infrastrukturunda yaradılan şəraitin nəticəsində buraya istirahət etmək üçün gələn turistlərin sayı ildən-ilə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir İrfan Siddiq Qəbələ rayonuna gəlişinin tanışlıq məqsədi daşıdığını bildirib. Qəbələ rayonunun geniş potensial imkanlara malik olması barədə çox eşitdiyini və bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran diplomat görülən işləri yüksək qiymətləndirib.
Görüşdə tərəflər arasında bir sıra sahələrə dair fikir mübadiləsi aparılıb.
Teqlər: