Şeyx yubileyini Gürcüstanda qeyd edəcək

Gürcüstan xalqının dini lideri Şeyxülislamı yaxın günlərdə qardaş Gürcüstan torpağında salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini dilə gətirib.
Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində Qafqaz müsəlmanlarının ali dini lideri A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcək. Bu münasibətlə Tbilisidə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.
Yubiley tədbirlərində iştirak etmək üçün Şeyxülislamla birlikdə Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icma başçıları, ictimai xadimlər Gurcüstana səfər edəcəklər.
Teqlər: