Emin Hüseynovun anası prokurorluğa çağırıldı

AzVision.az xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosu yayıb.
Bu gün həmçinin RATİ-nin mühasibi Tatyana Kryuçkina üç saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində olub. Tatyana Kryuçkina avqustun 21-də və 26-da da şahid qismində dindirilib.
Qeyd edək ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb.
Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.
RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.
Avqustun 11-da isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.
RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu hələ də məlum deyil.
Teqlər: