Azərbaycanda bir gündə 2 zəlzələ oldu

Azərbaycanda bir gündə 2 zəlzələ oldu
  27 Avqust 2014    Oxunub:1753
Şamaxıda zəlzələ olub.
Bu gün yerli vaxtla 09:26:29-da Qobustandan 25 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a veirlən məlumata görə, zəlzələ hiss olunmayıb.

Zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edib.

Bundan təxminən 21 dəqiqə sonra ərazidə bird aha zəlzələ qeydə alınıb. Məlumata görə, gün ərzində ikinci zəlzələ yerli vaxtla saat 09:47:36-da Qobustandan 19 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.

Yerin 17 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti