Nazir Azərbaycanı tərk edən səfirlə görüşdü

Nazir Azərbaycanı tərk edən səfirlə görüşdü
  27 Avqust 2014    Oxunub:1248
Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Polşanın ölkəmizdəki səfiri Mixal Labenda ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E.Məmmədyarov M.Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti