İsrail Fələstin parlamentini vurdu

İsrail Fələstin parlamentini vurdu
  26 Avqust 2014    Oxunub:1713
İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorunda yerləşən Fələstin parlamenti, iki məktəb, və 14 mərtəbəli binaya aviazərbələr endirib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Fələstinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əşrəf Əl Kudrinin sözlərinə görə, İsrail ordusunun Qəzza sektorunda apardığı hərbi əməlliyyatlar nəticəsində 2135 fələstinli öldürülüb, 10198 nəfər isə yaralanıb. Ölənlərdən 578-i uşaq, 261-i isə qadındır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti