Bundan hiddətlənən S.Əhmədov xəstəxananın qapı, pəncərəsini sındırıb. Polis əməkdaşlarının müdaxiləsindən sonra xəstəni sakitləşdirmək mümkün olub.
Zərərçəkənin qohumları bildirir ki, S.Əhmədov öz həyətində işləyən zaman şüşə onun damarını kəsib, dərhal onu xəstəxanaya çatdırsalarda Tovuz rayon Mərkəzi xəstəxanasında növbətçi həkimi tapmaq mümkün olmayıb. Onun qan itirdiyini görən qohumlar xeyli çalışsalarda növbətçi həkimi gördüm deyən olmayıb.
Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva şifahi olaraq bildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.
Qeyd edək ki, bu cür hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi.



