Yaponiyada ölənlərin sayı artır

Yaponiyada ölənlərin sayı artır
  25 Avqust 2014    Oxunub:1443
Yaponiyanın Hirosima prefekturasında güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, avqustun 20-də Hirosima prefekturasına üç saat ərzində 200 millimetrdən çox yağıntı düşüb. Torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev dağılıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti