`Heç kimə bu qədər yalvarmamışdım` - Qənirə Paşayeva

`Heç kimə bu qədər yalvarmamışdım` - Qənirə Paşayeva
  21 Avqust 2014    Oxunub:5412
“Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım
`Koroğlu` stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən şəxs millət vəkili Qənirə Paşayeva çağırış etmişdi.

Bildirmişdi ki, Q.Paşayeva gəlməsə, özünü atacaq.

AzVision.az xəbər verir ki, hadisə yerinə gedən Qənirə Paşayeva nın Facebook səhifəsində bölüşdüyü fikirləri təqdim edir:

“Evdən necə çıxdığımı xatırlamıram”

Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım. Səhhətimdə bəzi problemlər olduğundan işə çıxmamışdım. Qəfildən urnalistlərindən biri zəng edib deyir ki, “Koroğlu” stansiyası yaxınlığında körpünün ən yuxarı hissəsinə bir kişi çıxıb və intihar edəcəyini deyir və sizi görmək istəyir. Evdən necə çıxdığımı xatırlamıram. Tez Sabunçu rayon polis idarəsinin rəis müavini Əbülfət müəllimə zəng etdim və məsələ ilə maraqlandım. Əbülfət müəllim Qənirə xanım biz danışmışıq həmin adamla amma hələ razılaşmır, enmir körpüdən və özünü atacağını deyir. Nömrəni verə bilərsinzmi dedim. O da həmin dəqiqə əslində yaxşı olar siz də danışın bəlkə razı sala bilərsiniz dedi. hadisə üzündən dəhşətli tıxacdan addım-addım hərəkət edirdi maşınlar. Nömrəyə nə qədər zəng etsəm də cavab vermirdi həmin adam.

Məni soyuq tər basmışdı...

Gözümün qabağına ailəsi, uşaqlarının yaşaya biləcəyi faciə gəldikcə dəhşətə gəlirdim və nəhayət Qənirə Paşayevadır deyə bir mesaj atdım. 2 dəqiqə sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə başladım. Dəhşətli külək səsindən zorla danışılırdı o isə mənə şikayətini danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim və sizi diqqətlə dinləyirəm amma nə olur ehtiyatlı olun yıxıla bilərsiniz, siz düşün mən də çatıram, sizi istədiyiniz qədər dinləyəcəm deyirdim. O isə israrla şikayətini danışırdı. Bəlkə 15-17 dəqiqə içində mən nələr yaşadım onu bir Allah bilir. O dəhşətli külək səsi içində şikayətini dinləyərək inanın şikayətinizin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəm, dövlətimiz, onun rəhbəri inanıram ki, bu məsələnin obyektiv araşdırılması üçün əlindən gələni edəcək.

Ona yalvarırdım ki, düşün

Köməkçim bir az öncə deyir ki, mən sizi heç kimə yalvaran görməmişdim. Mən də deyirəm mən də ilk dəfə idi intihar etmək istəyən şəxslər belə bir vəziyyətdə danışırdım. Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər enməyəcəyini dedi. 2 dəqiqə sora təkrar zəng etdim və sözün həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailıəsini, uşaqlarını düşünməsini istədim.cOnunla digər qurumlarımızdan da danışıqlar olmuşdu. Fövqəladə Hallar, Baş Prokurorluq. Razılaşdı və endi. Onu artıq Baş Prokurorluqda ən yüksək səviyyədə qəbul etmək üçün gözləyirdilər. Danışdıq və qardaşım sən indi mütləq ora getməlisən çünki sənin şikayətinin obyektiv araşdırılması üçün ən önəmli qurum məhz Baş Prokurorluqdur.

Orda qəbuldan sonra istədiyin zaman təkrar danışarıq, istəsən ofisimizə də gələrsən orda söhbət edərik. Artıq Baş Prokurorluqda qəbuldadır və inanıram ki, inşalllah şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq.

İntiharlar çıxış yolu deyil…

Baş Prokuror Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqda söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi. Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar Nazirliyimizə də təşəkkür edirəm. Bir vətəndaşımızın heç bir xəsarət almadan xilas etdikləri üçün.

İnşallah inanıram ki, bir daha belə hallah təkrar yaşanmayacaq. İntiharlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün lütfən. Yaşadığım hadisənin şokundan indi özümə gəlirəm və sadəcə Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.. Hamımız...


Teqlər:  





Xəbər lenti