Ərdoğan 2019-cu ildə prezident olmaq istəyir

Ərdoğan 2019-cu ildə prezident olmaq istəyir
  21 Avqust 2014    Oxunub:2211
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi şəkildə fəaliyyətə başlamamış növbəti seçkilərdə də prezidentlik iddiasına düşüb.

Belə ki, Ərdoğan 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Ərdoğanın müşaviri Hüseyn Bəsli açıqlama verib.

Onun sözlərinə görə, 2015-ci ildə keçiriləcək parlament seçkilərində “Paralel dövlət” siyasətdən tamamilə çıxarılacaq və yeni Türkiyə qurulacaq.

H.Bəsli həmçinin əlavə edib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ən kritik vaxtı 2015-ci ildə keçiriləcək parlament seçkiləridir.

“Yeni Türkiyə qurulacaq və 2019-cu ildə Ərdoğan 2-ci dəfə prezidenliyə namizəd olacaq”.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərdə rəqiblərini məğlub edən Ərdoğan avqustun 28-də parlamentində and içəcək. Mərasimdə Azərbaycan rəsmiləri də iştirak edəcəklər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti