Ermənistanın Avrasiya Sazişini nə vaxt təsdiq edəcəyi bilinmir

Ermənistanın Avrasiya Sazişini nə vaxt təsdiq edəcəyi bilinmir
  19 Avqust 2014    Oxunub:1397
Ermənistan hökuməti sazişi təsdiq edəcəyi vaxtı hələ müəyyən etməyib.

AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın hökumət aparatının rəhbəri David Arutyunyan deyib. Layihə nazirlər kabinetinin iclasında müzakirəyə çıxarılacaqmı sualına cavab olaraq Arutyunyan bidirib: “Demək çətindir. Hər şey hökumətdəki müzakirələrdən asılıdır”. Onun sözlərinə görə, `Rusiya Nazirlər Kabinetinin Avrasiya Sazişini təsdiq etməsinin Ermənistanın sənədi təsdiq edib – etməməsinə heç bir dəxli yoxdur`.

Xatırladaq ki, avqustun 14-də Rusiya hökuməti Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı sazişi imzalaması təklifi ilə ölkə prezidentinə müraciət edib. Qeyd edək ki, Rusiya hökuməti sazişi bir həftə əvvəl, avqustun 7-də təsdiq edib.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması sazişi Rusiya, Belarus, Qazaxıstan və Ermənistan hökumət orqanları tərəfindən birgə hazırlanıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti