İŞİD ABŞ-ı qan gölündə boğacaq

İŞİD ABŞ-ı qan gölündə boğacaq
  19 Avqust 2014    Oxunub:2508
“İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlıları ABŞ-ı təhdid edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

İnternete yerləşdirilən müraciətdə qruplaşma üzvləri ABŞ-ın İŞİD mövqelərin aviazərbələri dayandırmayacağı təqdirdə “hər yerdə” amerikalılara hücum edəcəklərini bildiriblər: “Biz hamınızı qan gölündə boğacağıq”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti