Almaniya səfiri XİN-ə çağırıldı

Almaniya səfiri XİN-ə çağırıldı
  18 Avqust 2014    Oxunub:1362
Almaniyanın Türkiyədəki səfiri Eberhard Pol telefon dinlənməsinə görə, bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomatik mənbələrin yaydığı məlumatlara görə, hazırda səfirin nazirlik nümayəndələri ilə görüşü davam edir.

Mətbuatda yayılan digər bir məlumata görə isə Almaniya Federal Kəşfiyyat İdarəsinin (BND) Türkiyəni dinlədiyi iddiası alman hökumətinə yaxın şəxslərdən biri tərəfindən təsdiqlənib.

Alman mətbuatı isə Türkiyənin Almaniya tərəfindən dinlənən “əsas ölkələr” cərgəsində olduğunu yazıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti