Türkiyədə Zelenskini London təlimatlandıracaq - VİDEO

   Türkiyədə Zelenskini London təlimatlandıracaq    - VİDEO
  15 May 2025    Oxunub:449
Böyük Britaniyanın baş naziri Kir Starmerin Təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Ukrayna prezidenti Volodimir Zelenskiyə İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ilə bağlı məsləhət vermək üçün Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardin” belə məlumat yayıb.

“Böyük Britaniyanın Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Zelenskinin hələ də qeyri-müəyyən formatda bu gözlənilməz görüşdə özünü necə aparması ilə bağlı məsləhətlər vermək üçün Türkiyəyə gedəcək”, - bəyanatda bildirilir.

Materialda deyilir ki, Pauellin tövsiyəsi Zelenskinin ABŞ prezidenti Donald Trampı ondan uzaqlaşdıra biləcək heç nə etməməsi ilə bağlıdır.

Boris Conson ittihamları rədd edir
Eyni zamanda, digər Avropa ölkələrinin Xarici İşlər nazirlərinin hələlik bu danışıqlarda təmsil olunmağa ümid etmədikləri vurğulanır.

Rusiya prezidenti Vladimir Putin mayın 11-də Ukrayna ilə İstanbul raundundan sonra 2022-ci ilin yazında kəsilən birbaşa danışıqların bərpası təklifini verib. Putin xatırladıb ki, Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və Ukrayna əvvəllər razılaşdırılmış saziş layihəsini Qərb tərəfdaşlarının təzyiqi ilə rədd edib.

Xatırladaq ki, məhz Böyük Britaniyanın ovaxtkı baş naziri Boris Conson 2022-ci ilin yazında İstanbulda tərəflərin gəldiyi razılaşmanı pozmaqda günahlandırılr. Yeri gəlmişkən, bu ittihamlar heç də əsassız deyil. Bu başqa məsələdir ki, həmin razılaşma Ukraynanın maraqlarına cavab vermirdi. Amma hadisələrin sonrakı gedişatı Ukrayna xalqını daha böyük faciə ilə üzləşdirdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   London   Zelenski   məsləhət  





Xəbər lenti