Azərbaycanca namaz qılan “peyğəmbər” - VİDEO

Azərbaycanca namaz qılan “peyğəmbər” - VİDEO
  15 Fevral 2013    Oxunub:7578
Özlərini Allahın yerdəki nümayəndələri hesab edən "İbrahimilər"
Azərbaycanda yeni "peyğəmbərlər" peyda olub. Məlumata görə, özünü Allahın rəsulu kimi təqdim edən şəxs Ələsgər Musayevdir. Məlumata görə, Ələsgər Musayevdən başqa, Firdovsi və Hamlet adlı şəxs özlərini Allahın yer üzündə nümayəndələri hesab edirlər. Onlar özlərini hər yerdə "İbrahimilər" kimi qələmə veririlər. Bu üçlük səhabə olduqlarını iddia edilər və bir-birilərinə "əleyhüssalam" deyə müraciət edirlər.

Yeni azərbaycanlı "peyğəmbər"in namazı da özünə məxsusdur. Belə ki, Ələsgər Musayev namazlarını Azərbaycan dilində qılmağı buyurur. Onlar oruc tutmurlar. Bu "peyğəmbələrin" qiblələri Əmircanda yerləşən bir evədir. Həmin evin Ələsgər Musayev evi olduğu ehtimal edilir.

İbrahimilər Əmircani BƏKKƏ adlandırır və təqvimlərini də Ələsgər Hicrət etdiyi gündən hesablayırlar. Sizə Ələsgər Musayevin azərbaycanca qıldığı namazı təqdim edirik. (anspress)






Teqlər:  





Xəbər lenti