Bu gün İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirib.

 Bu gün İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirib.
  24 Aprel 2025    Oxunub:432
Qurumun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata əsasən görüş zamanı İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov birliyin həyata keçirdiyi silsilə layihələr, sosial təşəbbüslər və geniş miqyaslı tədbirlər barədə BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə nəlumat verib.
AzVision.az xəbər verir ki , B.Aslanbəyli İMZA İB-nin gördüyü işləri, xüsusilə sosial şəbəkələrdəki fəaliyyətini yüksək qiymətləndirib. Müzakirələrdə milli- mədəni irsin qorunması, təhsil və mədəniyyət sahələrindəki layihələrin əhəmiyyəti vurğulanıb. Əməkdaşlıq imkanları və əhəmiyyətli tədbirlərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən keçirilmiş I Qarabağ Beynəlxalq İqtisadi Forumunda fəal iştirakına və məzmunlu çıxışına görə Bəxtiyar Aslanbəyli sertifikatla təltif olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti