Əlcəzair Fransaya sərt cavab vəd edib

   Əlcəzair Fransaya sərt cavab vəd edib
  15 Aprel 2025    Oxunub:457
Əlcəzair ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən təcavüzə sərt cavab verəcək.
AzVision.az bildirir ki, Əlcəzairin Xarici İşlər nazirliyi Fransanın Xarici İşlər naziri Jan-Noel Barronun Əlcəzairin Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini “ədalətsiz” tələb sayması barədə iddiasına belə reaksiya verib.

“Bu qərar Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının “nümayikarənə həbsinə” cavab olaraq qəbul edilib və bu, diplomatik norma və təcrübələrin açıq şəkildə pozulmasıdır”, - Əlcəzair XİN-in bəyanatında deyilir.

Əlcəzair XİN, habelə Fransanın Daxili İşlər naziri Brüno Retayonu da kəskin tənqid edərək, onu şəxsi maraqlar naminə fəaliyyət göstərməkdə və Əlcəzair-Fransa münasibətlərinin gələcək inkişafı üçün siyasi fərasət və məsuliyyət daşımamaqda ittiham edib.

- Saxlanılan konsulluq əməkdaşı diplomatik toxunulmazlığa malikdir, lakin Fransa hakimiyyəti onunla cinayətkar kimi davranıb və onu alçaldıb. İnsident iki ölkənin prezidentlərinin telefon danışığından və Fransa Xarici İşlər nazirinin Əlcəzairə səfərindən sonra ölkələr arasında münasibətlərin yaxşılaşması fonunda baş verib”, - Əlcəzair XİN vurğulayıb.

Əlcəzair xəbərdarlıq edib ki, Fransanın Daxili İşlər nazirinin ölkənin suverenliyini pozan hər hansı növbəti addımı qarşılıqlılıq prinsipinə əsaslanan “sərt və mütənasib” cavab alacaq.

Xatırladaq ki, üç əlcəzairli, o cümlədən konsulluq işçisi aprelin 11-də Fransada “Amir DZ” kimi tanınan müxalifətçi Əmir Buxorsun oğurlanması ilə əlaqədar saxlanılıb. Həbs edilənlər Fransa ərazisində ağır cinayətlər törətməkdə ittiham olunurlar.

Aprelin 13-də Fransa səfiri Stefan Romate Əlcəzairin Xarici İşlər nazirliyinə çağırılıb. Ona Fransadakı konsulluğun əməkdaşlarından birinin həbsi ilə bağlı etiraz notası təqdim olunub. Aprelin 14-də isə Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşından 48 saat ərzində ölkədən çıxmasını tələb edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əlcəzair   Fransa   cavab  





Xəbər lenti