Qəzzada ölənlərin sayı 51 minə çatıb

   Qəzzada ölənlərin sayı 51 minə çatıb
  15 Aprel 2025    Oxunub:575
İsrail və HƏMAS arasında Qəzza zolağında 2023-cü ilin 7 oktyabrından bəri müəyyən fasilələrlə aparılan müharibədə ölənlərin sayı 51 min nəfərə, yaralananların sayı 116 min 343 nəfərə çatıb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində də 17 nəfər həyatını itirib, 69 nəfər isə müxtəlif xəsarətlər alıb.

Bildirilir ki, aviazərbələr nəticəsində dağılan binaların altında da bir sıra qurbanın cəsədi qalmaqdadır; təcili yardım və mülki müdafiə qrupları onları çıxarmaq imkanına malik deyillər.

Eyni zamanda, martın 18-dən bəri İsrail Hərbi Hava Qüvvələrinin Qəzzaya yenidən hava hücumlarına başlaması fonunda 1630 nəfər ölüb, 4302 nəfər yaralanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   qurbanlar  





Xəbər lenti