Qahirə: "Müsbət dönüş qeydə alınıb"

      Qahirə:    "Müsbət dönüş qeydə alınıb"
  15 Aprel 2025    Oxunub:669
"İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi sazişi üzrə yeni danışıqlarda müsbət irəliləyiş var".
Bu sözləri "Al Qahera News" telekanalına açıqlamasında Misirin Dövlət İnformasiya Xidmətinin sədri Ziya Rəşvan dilə gətirib. O bildirib ki, münaqişənin həlli üzrə vasitəçilər kimi Misir və Qətərin səyləri "özünü doğruldub".

"Hazırda HƏMAS-ın təklifimizə verəcəyi cavab gözlənilir", - o deyib.

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması yanvarın 19-da qüvvəyə minmiş atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmamış, İsrail də cavabən Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlamış, humanitar yardımın keçidini dayandırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   müharibə   atəşkəs  





Xəbər lenti