FTC Mark Zukerberqi ittiham edir

“İttihamları rədd edən Zukerberq dostlar və ailə ilə məlumat paylaşılmasının və digər məzmunların yayrdılmasının proqramın prioritetlərindən yalnız biri olduğunu bildirib. Onun sözlərinə görə, “Facebook”da məzmunun yalnız 20%-i, “Instagram”da isə 10%-i istifadəçilərin dostları, qalanları isə maraq hesabları tərəfindən yaradılır”, - agentlik yazır.
FTC “Meta”nın strukturunun yenidən qurulmasını, yaxud da “Instagram” “WhatsApp”ın satılmasında israra edir. Amma “Instagram”ın itirilməsi “Meta”nın gəlirlərinin ciddi şəkildə azalmasına səbəb ola bilər. “Emarketer” araşdırma şirkətinin məlumatına görə, “Instagram”ın bu il reklamdan yalnız ABŞ-də 37 milyard dollar qazanc götürəcəyi gözlənilir ki, bu da “Meta”nın ölkədə rekalmadan götürdüyü gəlirin yarısını təşkil edir.
Sahil İsgəndərov
AzVision.az